
Yaxın günlərdə Hava Limanı yolu üzərində yerləşən Baku Expo Center ərazisində Bakının ən böyük və ən həyəcanlı əyləncə məkanlarından biri – “Dino Park” fəaliyyətə başlayacaq.
“Dino Park”da ziyarətçiləri real ölçülü, səs çıxaran və hərəkət edən nəhəng dinozavrlar, interaktiv attraksionlar, eləcə də üzərinə minmək mümkün olan xüsusi ride-dinozavrlar gözləyir. Park xüsusilə uşaqlar və ailələr üçün nəzərdə tutulub və əyləncə ilə yanaşı maarifləndirici təcrübə də təqdim edir.
Ərazidə ümumilikdə 20-dən çox hərəkət edən və səs çıxaran dinozavr yer alacaq. Onlardan ən böyüyünün hündürlüyü 9,5 metrdir.
5 ədəd böyük şişmə batut
3 ədəd dairəvi batut
Üzərinə minmək mümkün olan və hərəkət edən dinozavrlar
Qum və oyuncaqlarla oyun zonası
Ayrı uşaq oyun zonası
Şəkil çəkmək üçün xüsusi foto zonalar
Ziyarətçilərin rahatlığı üçün “Koroğlu” metro stansiyasından Baku Expo Center-ə və geri pulsuz avtobus xidməti təşkil olunacaq. Avtobusların üzərində “Dino Park” yazısı olacaq.
Böyüklər üçün: 15 AZN
Uşaqlar üçün: 20 AZN
3 yaşadək uşaqlar üçün: pulsuz
Fiziki qüsurlu şəxslər üçün: pulsuz
Qeyd edək ki, bilet bütün gün üçün keçərlidir və park ərazisində mövcud olan bütün attraksionlar qiymətə daxildir.
Baku Expo Center, Hava Limanı yolu, Bakı şəhəri
Rəylər