Azərbaycanın ilk milli səyahət platforması olan Trippost.az, bu gündən etibarən rus və ingilis dillərində də fəaliyyətə başlayıb. Yeni çoxdilli imkanlar sayəsində platforma beynəlxalq turistlər üçün daha əlçatan olacaq və Azərbaycanın turizm potensialının qlobal miqyasda tanıdılmasına mühüm töhfə verəcək.
Trippost.az komandası bildirir ki, bu yenilik xarici turistlərin Azərbaycan haqqında ətraflı və etibarlı məlumat əldə etməsini asanlaşdıracaq. İstər turizm şirkətləri, istər otellər, istərsə də fərdi bələdçilər haqqında məlumatlar artıq üç dildə təqdim olunur.
Platforma istifadəçilərə marşrut planlaması, maraqlı məkanlar, tədbirlər, restoranlar və digər turizm obyektləri haqqında geniş informasiya təqdim edir. Rus və ingilis dillərində istifadənin təmin olunması isə xüsusilə MDB və Qərb ölkələrindən gələn turistlərin ehtiyaclarına cavab verir.
Trippost.az komandası yaxın aylarda digər dillərin də əlavə olunmasını planlaşdırır və beynəlxalq səviyyədə daha geniş auditoriyaya çatmağı qarşısına məqsəd qoyur.
Rəylər