- Тип отеля: Бутик-отель
-
Otelimiz 2019-cu ildən etibarən ölkə turizmində istər xidmət keyfiyyəti, istərsə də, qonaq məmnuniyyəti ilə daima fərqlənmişdir. Home Suites Baku-Halal oteli Bakının mərkəzində olan Bayraq Meydanı, Dənizkənarı Bulvar, Kristal Hall, Dəniz Mall, Milli Xalça muzeyi kimi görməli yerlərin yaxınlığında yerləşir. İçərişəhər və Şirvanşahlar Sarayına olan məsafə 1,5 km-dir. Bakı Dəmiryol Vağzalı otelimizə 3 km, Heydər Əliyev Hava Limanı isə 23 dəqiqəlik məsafədədir.
Qonaqlarımız halal konseptli otelimizin lobi barında və restoranında çay, qəhvə, sərin spirtsiz içkilərdən istifadə edə bilərlər. Həmçinin otelimizdə 25 nəfərlik işgüzar görüşlər və konfransların keçirilməsi üçün konfrans otağı da mövcuddur.
İş və istirahət üçün səyahət edənlər özlərini evdə hiss etmələrini təmin edəcək yüksək səviyyəli xidmət və mehriban heyətlə qarşılaşacaqlar. Home Suites Baku-Halal otelində ümumilikdə 27 rahat suit, studio, single, double, twin, triple, family otaqlar vardır. Bütün otaqlar qarderob, kondisioner, fen, smart TV, pulsuz Wi-Fi, minibar və rəqəmsal seyflə təmin olunmuşdur.
Otelimizdə qonaqlarımızın sağlamlığı üçün müvafiq dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir. - Звездная классификация: ⭐⭐⭐
Адрес
-
Bakı şəh., Bayıl qəs., Z.Yusifzadə 80B