Heydər Əliyev Mərkəzi

Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə  interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur. Qiymətlər: Ümumi ziyarətçilər üçün muzey və sərgilərə giriş bileti 15 AZN-dir. Daimi ziyarətçilər üçün isə biletin qiyməti 10 AZN olaraq müəyyən edilib; İş saatları: çərşənbə axşamından cüməyə qədər saat 10:30-dan 19:00-a qədərdir; kassalar isə 10:30-dan 18:00-a qədər fəaliyyət göstərir. ​ Şənbə və bazar günləri muzey və sərgilər saat 11:00-dən 18:00-a qədər açıqdır; kassalar isə 17:00-a qədər işləyir. Ünvan: Heydər Əliyev, Bakı, Nərimanov, AZ1033, (+994 12) 505-60-01, (+994 12) 505-60-03)
Comments
  • No comments yet.