Şərtlər və qaydalar
1. Trippost haqqında
Trippost “Plus Media Production” MMC tərəfindən idarə olunan milli səyahət platformasıdır. Platforma istifadəçilərə məkanları, turizm şirkətlərini, bələdçiləri və tədbirləri kəşf etmək, elan yerləşdirmək, rəy yazmaq və səyahət məzmunu paylaşmaq imkanı verir.
Elanlarda göstərilən xidmətləri müvafiq xidmət təminatçıları təqdim edir. Hazırda Trippost saytı və mobil tətbiqi üzərindən ödəniş qəbul edilmir. Xidmətin qiymətini, mövcudluğunu və şərtlərini birbaşa xidmət təminatçısı ilə dəqiqləşdirin. Gələcəkdə ödəniş funksiyası istifadəyə verilərsə, müvafiq ödəniş, ləğv və geri qaytarma şərtləri əvvəlcədən dərc ediləcək.
2. Hesab və şəxsi məlumatlar
Hesab yaradarkən düzgün məlumat təqdim edin və giriş məlumatlarınızı qoruyun. Şəxsi məlumatların hansı məqsədlərlə işlənməsi, saxlanması və silinməsi barədə məlumat Məxfilik siyasətində göstərilir.
3. Elanlar, rəylər, şərhlər və paylaşımlar
Bu qaydalar Trippost saytında və mobil tətbiqində yerləşdirilən elanlara, rəylərə, şərhlərə, fotoşəkillərə, videolara və Reels paylaşımlarına aiddir. Məzmun yerləşdirməzdən əvvəl bu şərtləri qəbul etməlisiniz.
Elanlarda düzgün və aktual məlumat verin. Rəylərinizi şəxsi təcrübənizə əsaslandırın. Paylaşdığınız mətn, foto və videolardan istifadə etmək hüququnuz olmalıdır.
Aşağıdakı məzmun və davranışlar qadağandır:
• Yalan və ya aldadıcı elanlar, saxta rəylər, dələduzluq, böhtan və başqasının adından icazəsiz istifadə.
• Təhqir, təqib, hədə-qorxu, ayrı-seçkilik, nifrət nitqi və zorakılığa çağırış.
• Pornoqrafik və açıq seksual məzmun, uşaqların istismarı və ya təhlükəyə məruz qalması ilə bağlı məzmun.
• Başqasının şəxsi məlumatlarının və ya görüntülərinin icazəsiz yayılması, müəllif hüquqlarının pozulması.
• Cinayətə təşviq edən və ya qanunsuz fəaliyyətə şərait yaradan məzmun.
• Siyasi təbliğat, spam, arzuolunmaz reklam, piramida sxemləri, zərərli fayllar və keçidlər.
4. Şikayətlər, bloklama və moderasiya
Uyğun olmayan məzmun və ya hesab barədə mobil tətbiqdən şikayət göndərə bilərsiniz. Tətbiqdə digər istifadəçiləri bloklamaq da mümkündür.
Trippost moderatorları şikayətləri və qayda pozuntularını nəzərdən keçirir. Pozuntunun xarakterindən asılı olaraq Trippost məzmunun dərcini rədd edə, onu gizlədə və ya silə, hesabın fəaliyyətini məhdudlaşdıra və ya hesabı dayandıra bilər. Qanunvericilik tələb etdikdə Trippost səlahiyyətli orqanlarla əməkdaşlıq edir.
Moderasiya qərarı və ya platformadan istifadə ilə bağlı müraciətinizi Trippost-un Əlaqə bölməsi vasitəsilə göndərə bilərsiniz.
5. Platformanın fəaliyyəti
İstifadəçilər təqdim etdikləri məzmuna görə məsuliyyət daşıyırlar. Trippost platformanın funksiyalarını yeniləyə, dəyişdirə və ya dayandıra bilər. Məzmunun və hesab məlumatlarının saxlanması və silinməsi Məxfilik siyasətinə və tətbiq olunan qanunvericiliyə uyğun həyata keçirilir.
6. Tətbiq olunan hüquq və mübahisələr
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tətbiq və şərh olunur. Tərəflər mübahisələri əvvəlcə danışıqlar yolu ilə həll etməyə çalışırlar. Razılıq əldə edilmədikdə mübahisəyə qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının səlahiyyətli məhkəməsi baxır.