
“Atəşgah
məbədi” – Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir. Tarixi mənbələrdə yazıldığına görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrə və mərkəzi səcdəgahdan ibarətdir. Tarixçilərin yazdığına görə, müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınmışlar. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir.
“Atəşgah
ın” tarixi taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tari- xinin böyük mərhələləri bir-birinə qovuşmuşdur.Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X –IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır.
Bilet qiymətləri:
Azərbaycan vətəndaşları – 2 manat;
Azərbaycan vətəndaşı olan tələbələr – 1 manat;
Xarici vətəndaşlar – 9 manat
Sərbəst (Ödənişsiz) giriş
Azərbaycan Respublikasında yaşayan aztəminatlı ailələrin üzvləri;
– əlillər;
– 18 yaşınadək uşaqlar;
– müharibə veteranları və qazilər;
-12 yaşadək xarici vətəndaşlar
“Yanar Dağ” Dövlət Tarix- Mədəniyyət Təbiət Qoruğuna və
“Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunan biletlərin qiyməti – 15 manat
Ünvan: Atamoğlan Rzayev, Bakı, Suraxanı, AZ1049 ; Telefon: (+994 12) 452-44-07, (+994 12) 565-12-88
Rəylər